AZ

Başqa bağçalardan da mərmi tapıla bilər? AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Sumqayıtda yerləşən 57 saylı körpələr evi-uşaq bağçasında naməlum əşyaların tapılması həyəcanlı anlara səbəb olub. Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları və mütəxəssislər cəlb edilib, ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb. İlkin baxış zamanı məlum olub ki, aşkar edilən əşyalar içi boş və istifadəyə yararsız mərmilərdir.Məsələ ilə bağlı təhlükəsizlik eksperti Samir Nəbiyev Demokrat.az-a bildirib ki, əşyanın görünüşü və vəziyyəti əsas göstəricilərdən biridir:"O, zədələnmiş vəziyyətdə ola bilər, aktiv detonator ehtimalı da istisna edilmir, həmçinin bəzi hissələrinin olub-olmaması, paslanma əlamətləri nəzərə alınmalıdır. Bu, hərbi sursat, təlim mərmisi və ya imitasiya məqsədilə istifadə olunan simulyasiya qurğusu da ola bilər.Ərazidə tikinti və qazıntı işlərinin aparılması, eləcə də əvvəllər hərbi zonanın mövcudluğu əsas risk amillərindən biridir. Məsələn, hazırda uşaq bağçası olan ərazidə əvvəllər hərbi baza yerləşmiş ola bilər. Bu kimi ərazilərdə hər hansı silah və ya sursatın tapılması ehtimalı artır".O bildirib ki, belə hallarda təhlükəsizlik qaydalarına ciddi əməl edilməlidir:"Silah-sursat, o cümlədən ev şəraitində belə tapıla bilən təhlükəli əşyalar uşaqlar üçün əlçatan olmamalıdır. Təhsil müəssisələrində ərazi dərhal izolyasiya olunmalı, panika yaradılmadan əvvəlcədən müəyyən edilmiş təxliyə prosedurları və toplanış məntəqələri işə salınmalıdır.Dərhal aidiyyəti qurumlara, yəni 102 xidməti, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, ANAMA və digər müvafiq dövlət orqanlarına məlumat verilməlidir. Tapılmış predmetə heç bir halda müdaxilə edilməməlidir. Hadisədən sonra araşdırma aparılmalı, müvafiq akt tərtib olunmalı, risklər qiymətləndirilməli və təhlükəsizlik sahəsində mövcud boşluqlar səbəb və nəticə prinsipi əsasında təhlil edilməlidir. Nəticələrə uyğun olaraq müvafiq protokollar hazırlanmalıdır",- deyə o qeyd edib. Ekspert vurğulayıb ki, uşaq bağçası kimi müəssisələrdə bu cür hallar yaşandıqda xüsusi protokollar işə düşməlidir. Ərazi dərhal izolyasiya olunmalı, təşvişə yol vermədən uşaqlar təhlükəsiz yerə təxliyə edilməlidir.Bundan başqa, tapılan əşyaya heç bir halda toxunmaq olmaz. Dərhal 102 xidmətinə, Fövqəladə Hallar Nazirliyinə və ANAMA-ya məlumat verilməlidir. Hadisədən sonra mütləq qaydada risklər qiymətləndirilməli və təhlükəsizlik boşluqlarının aradan qaldırılması üçün rəsmi aktlar tərtib olunmalıdır.Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
52
demokrat.az

1Mənbələr