AZ

AÇ: Karateçilərimizdən 6 medal

Azərbaycan Karate Federasiyasının Fullkontakt/Şinkyokuşin üslubu üzrə milli yığma komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında iştirak edib.

Apasport.az xəbər verir ki, yarışda 24 idmançımız (13 böyüklər və 11 gənclər), 5 hakim və 6 məşqçi ilə təmsil olunub.

Yarışın nəticələrinə əsasən, böyüklər arasında Əliqismət Həsənov (-70 kq) gümüş medal qazanıb. Səlahət Həsənov (-80 kq) və Solmaz Zeynallı (-59 kq) isə bürünc medala sahib olublar.

Gənclər arasında Zamin Fərəcov (-75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Avropa çempionu olub. Elmir Cəbrayılov (-75 kq) və Nihat İmanov isə (-65 kq) gümüş medal qazanıb.

Beləliklə, komandamız yarışı ümumilikdə 6 medalla başa vurub. 

Azərbaycan deflimpiyaçılarından dünya çempionatında 7 medal

Təmsilçimizdən bürünc medal

Dünya çempionatında 10 azərbaycanlı çıxış edəcək

Azərbaycanlı karateçi dünya çempionatında çıxış edəcək - FOTO

Bakıda karate üzrə "Grand Prix" beynəlxalq turnirinin rəsmi açılış mərasimi keçirilib

Seçilən
24
2
apasport.az

7Mənbələr