AZ

Ankara və İrəvan arasında birbaşa ticarətin başlanması üçün hazırlıqlar başa çatıb

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Oncu Keçeli bu gün Ankara və İrəvan arasında birbaşa ticarətin başlanması üçün hazırlıqları başa çatdırdıqlarını açıqlayıb.

“Sputnik Ermənistan”ın məlumatına görə, diplomat qeyd edib ki, iki ölkə arasında ortaq sərhədin açılması üçün texniki və bürokratik işlər də daxil olmaqla, yalnız kiçik detallar qalıb.
Ankara və İrəvan arasında ticarət əlaqələrinin başlanması iki ölkəyə Cənubi Qafqazda davamlı sülhü və rifahı möhkəmləndirmək üçün tarixi bir fürsət yaradacaq.

Türkiyə öz növbəsində bütün ölkələri və xalqlarının rifahı naminə iqtisadi əlaqələrin inkişafına və regionda əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verməyə davam edəcək.

//Samir Qurbanov, Editor.az

Seçilən
64
editor.az

1Mənbələr