ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizon Azərbaycan Kubokunun bu gün baş tutan finalında "Zirə"ni 2:1 hesabı ilə məğlub edən və mövsümü "qızıl dubl"la başa vuran "Sabah"ın yarımmüdafiəçisi Aleksey İsayev həlledici oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü "CBC Sport"a danışıb:
"Zirə"nin çətin rəqib olduğunu bilirdik. İlk dəqiqədən sona qədər mübarizə apardıq. Mövsümü "qızıl dubl"la başa vurmaq əla hissdir. "Zirə"yə uğurlar arzulayıram.
"Sabah"a qayıtdığım mövsümdə həm çempion olmaq, həm də kuboku qazanmaq mümkün olan ən yaxşı hadisədir. Ağır zədədən sonra toparlanmaq və belə uğurları bayram etmək çox xoşdur. Hələ də optimal formamı yığmamışam".
Toğrul
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.