AZ

“Sabah” ölkə kubokunun qalibi oldu: “Neftçi” avrokuboklara bir addım da yaxınlaşdı

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Futbol üzrə ölkə kubokunun qalibi müəyyənləşdi. “Zirə”ni 2:1 hesabı ilə məğlub edən “Sabah” mükafatı əldə etdi. Bu həm də Masazır təmsilçisi üçün “qızıl dubl” anlamına gəlir. “Sabah” ölkə birinciliyində vaxtından əvvəl çempionluğu da rəsmiləşdirib.

Bizimyol.info xəbər verir ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov hələ oyundan əvvəl komandasının qələbəsinin əsas rəqiblərindən heç birinə sərf etmədiyini dilə gətirmişdi. Mütəxəssis haqlı idi, kuboku qəsəbə təmsilçisi alsaydı, “Sabah” “qızıl dubl”suz, “Qarabağ” Avropa Liqasına vəsiqəsiz qalacaqdı. Üstəlik, “Turan Tovuz” Konfrans Liqasına daha aşağı təsnifat mərhələsindən başlayacaqdı. Amma kuboku çempionun əldə etməsi yuxarıda adı çəkilən üç klubun, üstəlik, “Neftçi”nin işinə yaradı. “Sabah” mövsümü möhtəşəm bitirir, “Qarabağ” Avropa Liqasına gedir, “Turan Tovuz” mübarizəyə ikinci təsnifat mərhələsindən başayacaq, “Neftçi” isə avrokuboklara vəsiqə şansını saxlayır.

Misli Premyer Liqasında yalnız bir suala aydınlıq gəlməyib. Yəni dördüncü vəsiqənin sahibi bilinmir. Qalan məsələlər aydındır. Hətta autsayderlər qrupunda da. “Kəpəz” Premyer Liqada yerini qorudu. “Qəbələ” birinci liqanını ikincisi ilə pley-off oyununa çıxacaq. “Karvan Yevlax” isə yüksək liqa ilə vidalaşıb.

Bəs “Neftçi” ilə “Zirə” arasında rəqabət nə yerdədir?

Flaqman rəqibindən üç xal irəlidədir. Amma “Neftçi”ni qarşıda “Sabah”la çətin oyun gözləyir. Axırıncı turda isə Yevlaxda “Kəpəz”dən üstün olmaq lazım gələcək. Ümumiyyətlə, “Neftçi”nin ən azı bir qələbəyə ehtiyacı var.

“Zirə” mürəkkəb vəzifənin öhdəsindən gəlməlidir. Bunun üçün əvvəlcə “Sumqayıt”ı, ardınca “Araz Naxçıvan”ı məyus etmək gərəkdir. Son iki tur bu klubların rəqabəti baxımından çox maraqlı keçəcək.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
icma.az

1Mənbələr