AZ

Bədəndəki gizli prosesləri tapmaq üçün 4 analiz

ain.az, Medicina saytına istinadən bildirir.

Hər bir insan bir neçə dəfə iltihabla üzləşə bilər.

Lakin bəzən bu proses başlayır, amma bitmir, davamlı olur, xroniki hala keçir.

Xroniki iltihab - simptomsuz olaraq illərlə davam edir, gizli olur, bəzən kəskinləşir, hüceyrələri qocaldır, immuniteti zəiflədir, ciddi xəstəliklərə səbəb olur: diabet, ürək-damar xəstəlikləri, revmatizm, artrit, şiş xəstəlikləri bunlar hamısı xroniki iltihabın nəticəsində baş verir.

Medicina.az xəbər verir ki, müxtəlif gizli iltihabi prosesləri tapmaq üçün bəzi analizlər informativ ola bilər.

- C reaktiv zülal – qanda iltihab markeridir. Qaraciyərdə sintez olunur və iltihabi sitokenlərə cavabdehdir.

- İnterleykin 6 – iltihabi sitokindir. İltihaba immun cavabı göstərir.

Əgər bu ikisi yüksək çıxarsa, deməli iltihabi proses gedir. Bu qan testini sistem qırmızı qurdeşənəyi, artrit, artrozlarda təyin edilir.

- Ferritin – orqanizmdə dəmirin yaranması və təminatına cavabdeh zülaldır. İstənilən iltihabi prosesdə ferritin xeyli yüksəlir. Xroniki iltihabda ferritin qana düşür və yüksəlir.

- Fibrinogen – bu zülal trombin fermenti sayəsində aktivləşir. O, yeni qan damarları yaranması və onların bərpasına cavabdehdir. Xroniki iltihabda fibrinogen aktivləşir və analizdə yüksək çıxır.

Aygün Musayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
icma.az

2Mənbələr