AZ

Yaxın zamanda klubu ilə yeni müqavilə imzalayacaq - “Real” istəmədi

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri yaxın zamanda klubu ilə yeni müqavilə imzalaya bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu ilə maraqlanan “Real” indiyədək onun transferi üçün rəsmi addım atmayıb.

Hazırda Rodrinin “Mançester Siti” ilə müqavilənin müddətini uzatmağa Madrid klubuna keçiddən daha yaxın olduğu bildirilir. Yekun qərarın yaxın günlərdə veriləcəyi gözlənilir.

“Şəhərlilər” artıq bir neçə həftədir ki, 29 yaşlı oyunçu ilə yeni anlaşma barədə danışıqlar aparır və prosesi sürətləndirmək istəyir.

Rodri bu mövsüm bütün turnirlərdə 31 oyuna çıxıb, 2 qol vurub.

Seçilən
49
sportinfo.az

1Mənbələr