AZ

Demokrat senator Kori Buker Trampı “qlobal arenada rüsvayçılıq” adlandırıb

ABŞ senatoru İran ətrafında yaranmış böhranın Vaşinqtonu çıxılmaz vəziyyətə saldığını bildirib...

Poliqon xəbər verir ki, ABŞ Demokrat Partiyasından senator Cory Booker Prezident Donald Trumpın Yaxın Şərq siyasətini sərt tənqid edib və onu “qlobal arenada rüsvayçılıq” adlandırıb.

Kori Buker çıxışında bildirib ki, İran ətrafında başlayan münaqişənin əvvəlində Hörmüz boğazı bağlanmamışdı, lakin sonrakı proseslər genişmiqyaslı böhrana çevrilib.

Senatorun sözlərinə görə, Tramp administrasiyasının siyasəti ABŞ-ı İranla bağlı çıxılmaz vəziyyətə sürükləyib və bunun nəticələrini ilk növbədə Amerika hərbçiləri və vətəndaşları ödəyir.

Buker qeyd edib ki, münaqişə nəticəsində yüzlərlə amerikalı hərbçi yaralanıb, 14 nəfər həlak olub və enerji qiymətlərindəki artım səbəbindən ABŞ vətəndaşları milyardlarla dollar əlavə xərclərlə üzləşiblər.

Demokrat senator vurğulayıb ki, ABŞ müttəfiqləri arasında da Trampın siyasətinə ciddi narazılıq mövcuddur. O bildirib ki, müxtəlif ölkələrdən olan tərəfdaşlar Vaşinqtonun hazırkı kursunu uğursuz və təhlükəli hesab edirlər.

Bukerin fikrincə, Ağ Ev rəhbərinin yaranmış vəziyyətdən çıxış yolu yoxdur və böhranın yaxın aylarda davam etməsi ehtimalı yüksəkdir.

Senator əlavə edib ki, Tramp seçki kampaniyası dövründə qiymətləri azaltmaq və ABŞ-ı xarici münaqişələrdən uzaq saxlamaq vədi versə də, hazırkı hadisələr bunun əksini göstərir.

Analitiklər hesab edirlər ki, ABŞ daxilində İran siyasəti ilə bağlı siyasi qarşıdurma prezident seçkiləri yaxınlaşdıqca daha da sərtləşə bilər.

Poliqon.info

Seçilən
30
poliqon.info

1Mənbələr