AZ

“Mançester Siti” “Arsenal”la xal fərqini azaldıb

Bakı, 14 may, AZƏRTAC

Futbol üzrə İngiltərə Premyer Liqasında XXXI turdan təxirə salınmış oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan "Mançester Siti" evdə "Kristal Pelas"ı 3:0 hesabı ilə məğlub edib. Qolları Antonio Semenyo, Omar Marmuş və Savinyo vurublar.

Bu qələbədən sonra xallarını 77-yə çatdıran "Mançester Siti" mövsümün başa çatmasına 2 tur qalmış lider "Arsenal"la xal fərqini 2-yə endirib.

Seçilən
51
2
azertag.az

3Mənbələr