AZ

Tramp və Cinpin arasında görüş keçirilir

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Vaşinqton, 14 may, AZƏRTAC

Çində ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında yüksək səviyyəli görüş başlayıb.

AZƏRTAC-ın məlumatına görə, rəsmi qarşılama mərasimində əvvəlcə ev sahibi Pekinin mərkəzindəki Böyük Xalq Zalının qarşısında Prezident Trampı salamlayıb. Daha sonra iki lider dövlət himnlərinin müşayiəti altında fəxri qarovul dəstəsinin yanından keçib. Tramp dövlət rəsmiləri və ABŞ şirkətlərinin vəzifəli şəxslərindən ibarət nümayəndə heyətini Cinpinə təqdim edib.

Daha sonra tərəflər görüş üçün Böyük Xalq Zalına yollanıblar.

Görüşdə müzakirələrin əsasən ticarət və investisiya istiqamətində olacağı və eyni zamanda, Yaxın Şərqdəki vəziyyətin də müzakirə ediləcəyi gözlənilir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
5
azertag.az

6Mənbələr