AZ

“Survivor” iştirakçısının ayağı amputasiya edildi

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Survivor Yunanıstan” yarışmasının Dominika Respublikasında davam edən çəkilişlərində baş verən bədbəxt hadisə gündəmə gəlib.

OLAY yazır ki, yarışmanın diqqət çəkən iştirakçılarından Stavros Floros çəkiliş saatlarından kənar dənizdə olduğu vaxt turist gəmisi ilə toqquşma nəticəsində ağır yaralanıb.

Hadisədən sonra verilən son məlumatlara görə, Stavros Florosun bir ayağı amputasiya edilib. İştirakçının atası da Yunan televiziyasına bağlanaraq oğlunun vəziyyəti barədə açıqlamalar verib. O bildirib ki, oğlunun digər ayağında da ciddi zədələnmə var və çox miqdarda qan itirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
sherg.az

1Mənbələr