Çin Xalq Respublikasının Sədri Si Cinpinlı ABŞ prezidenti Donald Trampın görüşü başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, iki liderin Pekində ikitərəfli və beynəlxalq məsələləri müzakirə etməyə başladığı bildirilir.
Qeyd edək ki, mayın 15-dək Çində olacaq Trampın səfərinin məqsədi ticarət, iqtisadi əməkdaşlıq və digər əsas ikitərəfli məsələlər üzrə fikir ayrılıqlarını aradan qaldırmaq, eləcə də gözlənilən ABŞ-İran münaqişəsi də daxil olmaqla qlobal məsələlər üzrə mövqeləri əlaqələndirməkdir.
Tərəflərin Tayvanla bağlı vəziyyəti də müzakirə etmələri gözlənilir.