AZ

Bu gün bu ərazilərdə işıq olmayacaq

Bu gün Bakının Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri həyata keçiriləcək.
 
Moderator.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
 
Təmirlə əlaqədar saat 09:30-dan 13:00-dək Dilarə Əliyeva, Puşkin küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
 
Həmçinin Sumqayıt Elektrik Şəbəkəsinə (EŞ) daxil olan yüksək gərginlikli hava xətlərində təmir işi aparılacaq.
 
Belə ki, saat 11:00-dan 14:00-dək Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Yaşma bağları yaşayış massivi və "Stansiya Sumqayıt" adlanan ərazinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilə olacaq.
 
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
 
Seçilən
19
20
moderator.az

10Mənbələr