AZ

ABŞ Ukrayna münaqişəsinin həllində digər ölkələrin vasitəçiliyinə etiraz etmir - Rubio

ABŞ Ukrayna münaqişəsinin həllində digər ölkələrin vasitəçiliyinə etiraz etmir - Rubio

ABŞ Dövlət katibi Marko Rubio rəsmi Vaşinqtonun Ukraynadakı müharibənin dayandırılması istiqamətində digər ölkələrin göstərəcəyi vasitəçilik səylərinə qarşı olmadığını bildirib.

AFN.az xəbər verir ki, bu barədə o, "Fox News" telekanalına verdiyi müsahibədə danışıb.

Rubio ABŞ-ın bu münaqişəni həll edə biləcək yeganə qüvvə olduğuna inansa da, digər dövlətlərin də təşəbbüslərini dəstəklədiklərini vurğulayıb: "Düşünürəm ki, biz bunu edə biləcək dünyada yeganə ölkəyik. Lakin başqa kimsə cəhd etmək istəyirsə, bunu etməlidir".

Dövlət katibi həmçinin iddia edib ki, münaqişənin hər iki tərəfi Vaşinqtona məhz ABŞ-ın nizamlanmaya töhfə verə biləcəyini çatdırıb. Onun sözlərinə görə, ABŞ prezidenti müharibənin başa çatmasını istəyir və əgər bu prosesə hər hansı köməklik göstərmək mümkündürsə, Vaşinqton bunu edəcək.

Seçilən
34
50
afn.az

10Mənbələr