“Çin və ABŞ tərəfdaşlıq qurmalı və bütün dünyanın rifahı üçün sabit ikitərəfli əlaqələr təmin etməlidir”.
APA xəbər verir ki, bunu Çin lideri Si Cinpin ABŞ prezidenti Donald Trampla görüşü zamanı deyib.
"Prezident Trampla ölkələrimiz və dünya ilə bağlı əsas məsələlər barədə fikir mübadiləsi aparmağı səbirsizliklə gözləyirəm ki, birlikdə düzgün kurs təyin edə və Çin-ABŞ münasibətlərinin böyük gəmisini effektiv şəkildə idarə edə bilək", - o deyib.
Si Cinpin onu da qeyd edib ki, 2026-cı il iki ölkə arasında münasibətlərin inkişafı üçün tarixi və əlamətdar bir il olmalıdır.
Dövlət başçısı bundan başqa Çin və ABŞ arasında qarşıdurmanın qarşılıqlı zərərə səbəb olacağını, iki tərəfin rəqib deyil, tərəfdaş olmalı olduğunu bildirib.
"Ölkələrimiz arasında qarşıdurma qarşılıqlı zərərə səbəb olacaq. Buna görə də biz rəqib deyil, tərəfdaş olmalıyıq", - Çin lideri əlavə edib.