AZ

Qvardiola Fil Foden ilə Bernardu Silva arasındakı əsas fərqi açıqladı

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola mövsümün sonunda "şəhərlilər"dən ayrılacaq Bernardu Silva ilə komandada onun rolunu üzərinə götürəcək Fil Fodeni müqayisə edib. 

Fanat.Az xəbər verir ki, "The Touchline" Qvardiolanın yarımmüdafiəçilər haqqında dediklərini belə çatdırıb:"Onlar fərqli oyunçulardır. Əsas fərqlərinə gəlincə, Foden rəqibin cərimə meydançasına yaxın olanda daha təhlükəli olur, Bernardu isə oyunu geniş miqyasda daha yaxşı oxuyur". 

"Siti" ötən axşam Premyer Liqa çərçivəsində evdə "Kristal Palas"ı 3:0 hesabı ilə məğlub edib. Foden bu görüşdə iki məhsuldar ötürmə edib.

İngilis futbolçu komandada portuqaliyalı ulduzun yerinə keçəcək oyunçulardan biri hesab olunur. 

Xatırladaq ki, Silva mövsümün sonunda klubdan azad agent kimi ayrılacaq. 

Mirağa

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
1
fanat.az

2Mənbələr