AZ

Dünyanı maraqlandıran sual: Çin və ABŞ “Fukidida tələsi”ndən yayına biləcək?

Çin prezidenti Si Cinpin Çin və ABŞ arasında ikitərəfli münasibətlərdə "Fukidida tələsi"ndən yayınmağın vacibliyini vurğulayıb.

Publika.az xəbər verir ki, o, bu açıqlamanı Pekindəki Xalq Yığıncaqları Zalında ABŞ prezidenti Donald Trampla görüşündə verib.

Si Cinpin deyib: "Çin və ABŞ sözdə “Fukidida tələsi”ni dəf edib böyük dövlətlər münasibətlərinin yeni modelini yarada biləcəklərmi... bunlar tarixin, dünyanın və xalqların qoyduğu suallardır".

Çin prezidenti beynəlxalq vəziyyətin hazırda qeyri-sabit olduğunu və buna görə də Çin və ABŞ-ın dünyada sabitliyi təmin etmək üçün birgə səy göstərməli olduğunu vurğulayıb.

Seçilən
25
publika.az

1Mənbələr