ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Gəncə şəhəri Kəpəz rayon və Gəncə şəhəri Nizami rayon şöbələri ləğv edilib.
Redaktor.az-ın əldə etdiyi məlumata görə, bu şöbələrin ləğvi nəticəsində Dövlət Xidmətinin Gəncə şəhər idarəsi yaradılıb.
İdarəyə rəhbərlik isə SHXÇDX-nin Xaçmaz rayon şöbəsinin rəisi Ceyhun Əsədova həvalə edilib.
SHXÇDX-dən Redaktor.az-ın sorğusuna cavab olaraq məlumatı təsdiqlədilər.
Aytəkin TOFİQQIZI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.