Tədris Cərrahiyyə Klinikasında ATU tələbələri üçün pulsuz göz əməliyyatları həyata keçirilib
Tədris Cərrahiyyə Klinikasında ənənəvi humanitar aksiya çərçivəsində universitet tələbələri üçün pulsuz göz əməliyyatları icra olunub.
Humanitar aksiya ATU-nun rektoru, professor Gəray Gəraybəyli və klinikanın oftalmologiya şöbəsinin müdiri, dosent Qurban İsmayılovun təşəbbüsü ilə təşkil olunub.
Qeyd edək ki, aksiya çərçivəsində məşhur oftalmoloq, akademik Zərifə Əliyevanın doğum gününə həsr olunmuş tədbir kapsamında 7 tələbə, ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə isə daha 7 tələbə əməliyyat olunub. Beləliklə, ümumilikdə 14 ATU tələbəsi Tədris Cərrahiyyə Klinikasında pulsuz göz əməliyyatı keçirib.


