AZ

"Real Madrid" məhkəmədə qalib gəldi

"Real Madrid" mətbuat xidməti vasitəsilə "Santyaqo Bernabeu" stadionundakı konsertlərlə bağlı məhkəmə işində qələbə qazandığını elan edib. 

Fanat.Az xəbər verir ki, Madrid Əyalət Məhkəməsi klubun apelyasiya şikayətini təmin edib. 

Məhkəmənin qərarına əsasən, nə klub rəhbərliyi, nə də stadionu idarə edən şirkət arenada konsertlər keçirdiyinə görə cinayət məsuliyyəti daşıyır. İş rəsmi olaraq bağlanıb və istintaq birdəfəlik dayandırılıb. 

Stadiona yaxın ərazidə yaşayan sakinlər səs-küy standartlarının pozulmasını əsas gətirərək klubdan şikayət etmiş, "Real"ın cinayət məsuliyyətinə cəlb olunmasını istəmişdilər. 

"Real Madrid" qərardan məmnunluğunu ifadə edərək, məhkəmə iddiasının "əsassız və təzyiq vasitəsi kimi istifadə edildiyini" bildirib.

Mirağa
 

Seçilən
9
1
fanat.az

2Mənbələr