AZ

Nərimanın komandası uduzdu

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kryu” MLS-də növbəti oyuna çıxıb.

Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, onlar 13-cü turda səfərdə “Nyu York Red Bullz”la qarşılaşıb. 

5 qolun vurulduğu matç rəqibin qələbəsi ilə başa çatıb – 3:2.

“Kolumbus Kryu”nun qollarını Maks Arfsten (22) və Dieqo Rossi (64) vurub. A.Nəriman isə 85-ci dəqiqədə meydana daxil olub.

“Kolumbus Kryu” hazırda Şərq Konfransında 13 turdan sonra 12 xalla 13-cü sıradadır.

Seçilən
6
3
musavat.com

6Mənbələr