AZ

Kubadan Trampa xəbərdarlıq: Hücum...

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Kubanın xarici işlər naziri Bruno Rodriges ABŞ-nin Kubaya hücum etməsi üçün heç bir əsas olmadığını bildirərək, ölkəsinə qarşı mümkün hərbi müdaxilənin humanitar fəlakətə səbəb olacağını deyib.

"Cebheinfo.az" xəbər verir ki, Rodriges sosial media hesabındakı paylaşımında ada ölkəsinə qarşı mümkün hücumun nəticələrinə diqqət çəkib:

“ABŞ-nin Kubaya qarşı mümkün hərbi hücumu real humanitar fəlakətə və “qan gölünə” səbəb olacaq. Bu, uşaqlarını və yaxınlarını müharibəyə göndərməyən siyasətçilərin oynadığı təhlükəli oyundur və nəticədə həm Kuba, həm də ABŞ vətəndaşları həyatını itirəcək”.

Kubaya hücum üçün ABŞ-nin heç bir əsasının olmadığını vurğulayan Rodriges qeyd edib:

“ABŞ kimi supergücün yalnız kiçik bir azlığın siyasi sistemi və ya hökuməti dəyişdirmək istəyi naminə özünə heç bir təhlükə yaratmayan kiçik ada dövlətinə hərbi hücum etməsi üçün ən kiçik səbəb belə yoxdur”.

ABŞ Prezidenti Tramp isə daha əvvəl verdiyi açıqlamada: “Kuba bizdən yardım istəyir və biz də onlarla danışacağıq” demişdi.

Səlahiyyət müddəti başa çatmadan “azad Havana”nı ziyarət etmək istədiyini bildirən Tramp bir neçə dəfə “İrandan sonra Kuba məsələsi ilə məşğul olacaqlarını” da söyləmişdi.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
60
1
cebheinfo.az

2Mənbələr