AZ

Rusiya ilə Ukraynanı yalnız bu ölkə barışdıra bilər

ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun Rusiya ilə Ukrayna arasında yeganə effektiv vasitəçi olduğunu bildirib.

Publika.az xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına müsahibəsində deyib.

“Əgər başqa kimsə bunu sınamaq istəyirsə, buyursun. Amma hər iki tərəf bizə deyir ki, sonda bunu edə biləcək yeganə tərəf ABŞ-dır”, - Rubio qeyd edib.

Bu arada, Kremlin nümayəndələri Ukrayna ilə bağlı danışıqların mürəkkəb olacağını açıqlayıblar. Bildirilib ki, mümkün razılaşma çoxsaylı detalları əhatə etdiyindən proses asan keçməyəcək.

Bundan əvvəl “Financial Times” qəzeti yazıb ki, həm Rusiya, həm də Ukrayna ABŞ vasitəçiliyi ilə aparılan danışıqlara əvvəlki qədər maraq göstərmir. Nəşrin mənbələrinin sözlərinə görə, Yaxın Şərqdəki müharibə bitsə belə, Moskva ilə Kiyev arasında dialoqun yaxın vaxtlarda bərpası gözlənilmir.

Seçilən
24
publika.az

1Mənbələr