AZ

ABŞ-ın neft ehtiyatları azalıb

Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ştatların kommersiya xam neft ehtiyatları azalır.

Hafta.az xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.

Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 4 milyon 300 min barel azalaraq 452 milyon 900 min barel olub. Bazar proqnozları ehtiyatların 2 milyon barel azalacağı istiqamətində idi.

Birləşmiş Ştatların kommersiya ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları da 8 milyon 600 min barel geriləyərək 384 milyon 100 min barel olub. Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 4 milyon 100 min barel azalaraq 215 milyon 700 min barel təşkil edib.

Seçilən
20
18
hafta.az

10Mənbələr