Mütəxəssislər tərəfindən aparılan araşdırmalar nəticəsində yeni bitki növü kəşf edilib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin bitki Konyada aşkar edilib.
Təbiəti gəzməyi sevən biologiya mütəxəssisi Fulya Öztaş, Necmettin Erbakan və Haydar Öztaş gördükləri bitkilərin şəklini çəkərək araşdırdıqlarını bildiriblər.
2021-2023-cü illər arasında Konyada bir dağlıq ərazidə ilk dəfə gördükləri bir çiçək üzərində araşdırma aparıblar.
Həmin bitki iri soğanaqlı, yastı yarpaqlı, qısa gövdəli, konusvari çiçəkli və uzun saplı çiçəkdən ibarət olub. Bitkidən nümunələr götürülüb. Laboratoriya araşdırmaları nəticəsində bunun elmə məlum olmayan bir bitki növü olduğu sübut edilib.