AZ

"Mançester Yunayted" Maykl Kerriklə 2 illik yeni müqavilə bağlamağı planlaşdırır

İngiltərənin "Mançester Yunayted" klubunun rəhbərliyi müvəqqəti baş məşqçi Maykl Kerriklə 2 illik yeni müqavilə bağlamağı planlaşdırır.

"Far.Az" xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira sosial şəbəkə hesabında məlumat paylaşıb.

Mənbənin bildirdiyinə görə, "qırmızı şeytanlar" mütəxəssisə 2029-cu ilə qədər nəzərdə tutulan sözləşmə təklif etməyə hazırdır. 44 yaşlı məşqçi 2026-cı il yanvarın 13-dən komandaya rəhbərlik edir.

Xatırladaq ki, "Mançester Yunayted" hazırda İngiltərə Premyer Liqasında 36 oyundan sonra 65 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

Seçilən
2
far.az

1Mənbələr