AZ

"Sabah" Timoteuş Puxaçın transfer hüquqlarını əldə edib

"Sabah" müdafiəçi Timoteuş Puxaçın transferi ilə bağlı Almaniyanın "Holştayn" klubu ilə danışıqları uğurla yekunlaşdırıb.

Bu barədə "Far.Az"a Bakı klubunun mətbuat xidmətindən bildirilib.

Son Azərbaycan çempionu 27 yaşlı futbolçunun transfer hüquqlarına sahib çıxıb. Polşalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, T.Puxaç ötən ilin sentyabrından komandanın formasını geyinir. O, cari mövsümdə "Sabah"ın heyətində bütün turnirlərdə 33 oyunda 2 qol vurub və 12 məhsuldar ötürmə edib.

Seçilən
56
3
far.az

10Mənbələr