AZ

Sabah Timoteuş Puxaçın transfer hüquqlarını əldə edib

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Sabah" müdafiəçi Timoteuş Puxaçın transferi ilə bağlı Almaniyanın "Holştayn Kil" klubu ilə danışıqları uğurla yekunlaşdırıb.

Bu barədə Bakı klubunun mətbuat xidmətindən bildirilib.

Son Azərbaycan çempionu 27 yaşlı futbolçunun transfer hüquqlarına sahib çıxıb. Polşalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, T.Puxaç ötən ilin sentyabrından komandanın formasını geyinir. O, cari mövsümdə "Sabah"ın heyətində bütün turnirlərdə 33 oyunda meydana çıxıb, 2 qol vurub və 12 məhsuldar ötürmə edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
3
cebheinfo.az

10Mənbələr