Zeynal Elşad oğlu Rəşidli Ağdaş təhsil sektoruna yeni rəhbər təyin olunub.
Redaktor.az xəbər verir ki, bu barədə "Teleqraf" məlumat yayıb.
Belə ki, təyinat dünən Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən həyata keçirilib və Zeynal Rəşidli bu gün kollektivə təqdim olunub.
Qeyd edək ki, Zeynal Rəşidli 1996-cı ildə Bakı şəhərində anadan olub.
Belə ki, o, 2024-cü ilin avqust ayından Mərkəzi Aran Regional Təhsil İdarəsinin inzibati təşkilat sektorunda baş məsləhətçi vəzifəsində çalışıb. Hazırda Mingəçevir Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur.