AZ

Qlobal Cənub QHT Platformasının Baş katibi: İnanıram ki, birlikdə çalışaraq böyük nailiyyətlər əldə edə bilərik

Bakı, 14 may, AZƏRTAC

Bir il əvvəl biz yol ayrıcında dayanmışdıq. Biz dərk etdik ki, Qlobal Cənubun səsi qlobal qərar qəbulu prosesində çox vaxt kənarda qalır. Biz sadəcə masada əyləşmədik. Biz müzakirələri reallıqlarımızı, prioritetlərimizi və istəklərimizi əks etdirəcək şəkildə yenidən formalaşdırmağa çalışdıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qlobal Cənub QHT Platformasının yeni seçilmiş Baş katibi Fuad Kərimli qurumun ilk Baş Assambleyasında çıxışı zamanı deyib.

O bildirib ki, bu platforma birlikdə çalışmaq, təcrübələri bölüşmək və qlobal müstəvidə icmaların maraqlarını müdafiə etmək üçün nadir bir imkan yaradır. Biz idarəetmə strukturumuzun gücləndirilməsinə, kommunikasiya və təbliğat işlərimizin təkmilləşdirilməsinə, habelə beynəlxalq təşkilatlar və digər maraqlı tərəflərlə strateji tərəfdaşlıqların qurulmasına diqqət yetirəcəyik. İnanıram ki, birlikdə çalışaraq böyük nailiyyətlər əldə edə bilərik. Biz Qlobal Cənubun səsini ucalda, ona hörmətlə yanaşılmasını təmin edə və prioritetlərimizin qlobal siyasət və çərçivə sənədlərinə daxil edilməsinə nail ola bilərik.

Müxbirlər - Tərgül Babayeva, Leyla Muradzadə
Foroqraf - Tofiq Babayev
Operator - Namiq Abdullayev
Seçilən
54
2
azertag.az

3Mənbələr