AZ

Luis Enrike: Bu çempionluq ən çətini və ən şirini oldu

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

​Fransa Liqa 1-də növbəti çempionluğunu rəsmiləşdirən PSJ-nin baş məşqçisi Luis Enrike qazanılan titulu şərh edib. Sport24.az xəbər verir ki, ispan mütəxəssis bu mövsümkü zəfərin digərlərindən fərqləndiyini vurğulayıb.

O, rəqiblərin müqavimətini və komandasının qarşılaşdığı çətinlikləri xüsusi qeyd edib:

"Bəli, bu, qazandığımız üç çempionluq arasında ən şirini və ən çətini idi. Lans əla iş gördü, onların bu mövsüm keçirdiyi bütün oyunları izləmişəm. Mövsüm bizim üçün qeyri-adi keçdi. Digər komandalar kimi zədəlilərimiz çox idi, üstəlik yayda futbolçuların istirahət vaxtı çox az oldu. Bütün bunları idarə etmək çətin idi".

Təcrübəli mütəxəssis qapıçı Matvey Safonovun oyunundan razı qaldığını gizlətməyib:

"O, inanılmaz oyun keçirdi. Düzünü desəm, Lans daha yaxşı nəticəyə layiq idi. Amma futbol belədir. Bu gün həm müdafiədə, həm də hücumda üstün idik. Komanda qələbə qazanmaq üçün lazım olan xarakteri göstərdi".

Enrike fasilədə əvəzlənən Bredli Barkola ilə bağlı sualları cavablandırarkən isə kifayət qədər qısa və sirli danışıb:

"Bu barədə sizə deyəcək heç nəyim yoxdur. İstədiyinizi düşünə bilərsiniz. Hər şey onsuz da çox aydındır".

Sonda baş məşqçi çempionluğu necə qeyd edəcəyi ilə bağlı suala da aydınlıq gətirib:

"Heç nə planlaşdırmamışam. Mənim yeganə qeyd etməyim bu mətbuat konfransıdır. Onsuz da ötən həftədən özümüzü demək olar ki, çempion hesab edirdik. Bu gün sadəcə rəsmiləşdi".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
sport24.az

1Mənbələr