AZ

Ağcabədidə güclü külək fəsadlara səbəb olub

ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Ağcabədi şəhərində əsən güclü külək bir sıra fəsadlara səbəb olub.

Bakıvaxtı.az-ın xəbərinə görə, ötən gecə qeydə alınan güclü külək nəticəsində şəhər ərazisində irigövdəli ağaclardan biri aşaraq “Mercedes-Benz” və “VAZ-2106” markalı minik avtomobillərinin üzərinə düşüb.

Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Xəsarət alanların olmadığı bildirilir.

Bundan başqa, şəhərin digər hissəsində aşan ağac qaz və elektrik xətlərini qırıb. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, yaranmış nasazlıqların aradan qaldırılması istiqamətində iş aparılır.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
5
bakivaxti.az

6Mənbələr