AZ

Yusif Həsənbəy vəfat etdi

Əməkdar incəsənət xadimi, şair Yusif Həsənbəy bu gün vəfat edib.

Ölkə.az xəbər verir ki, bu barədə Teleqraf-a Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Rauf Aslanov məlumat verib.

Qeyd edək ki, Yusif Həsənbəy xərçəng xəstəliyindən əziyyət çəkirdi. Şair ötən gün "Məlhəm" Hospitalından Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi. Yusif Həsənbəy 1932-ci il dekabrın 26-da Azərbaycanın Quba şəhərində anadan olub.

Azərbaycan Dövlət Musiqi Nəşriyyatında ədəbi redaktor, "Bakı" axşam qəzetində ədəbi işçi, tərcüməçi olub. Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunun poeziya bölməsində təhsil alıb.

1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin Quba zona şöbəsinin sədri idi.

Seçilən
108
16
olke.az

10Mənbələr