AZ

Karapetyan erməniləri doğub törəməyə çağırdı

ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistanda seçki tarixi yaxınlaşdıqca, partiyalararası mübarizə daha da qızışır.Hazırkı baş nazir Nikol Paşinyanın əsas rəqibi - “Güclü Ermənistan” partiyasınən lideri, iş adamı Samvel Karapetyan təbliğat-təşviqat kampaniyasında müxtəlif vədlər verir.Modern.az-ın məlumatına görə, Karapetyan Ermənistan əhalisinə söz verib ki, baş nazir seçiləcəyi təqdirdə çoxuşaqlı ailələrə dövlət qayğısını artıracaq. O, Ermənistanda doğumun aşağı düşdüyünü diqqətə çatdıraraq, erməni ailələrini 4-5 uşaq dünayaya gətirməyə təşviq edib.“Dördüncü uşağın doğulmasına görə 2 milyon dram, beşinci uşağa görə isə mənzil”, - deyə Samvel Karapetyan vurğulayıb.

“Bu imtiyazlar yalnız növbəti baş nazirlə birlikdə mümkündür”, - iş adamı əlavə edib.Tərəfdarları bu vədi “Samvel Karapetyanın demoqrafik inqilabı” adlandırıblar.Ermənistan KİV-i yazır ki, iş adamının vədlərinə inananlarla yanaşı, qeydi-ciddi yanaşanlar da çoxdur. İndiki çətin reallıqda əksər ailələr 4-5 uşaq dünyaya gətirmək kimi ağır risqi göz altına almağı düşünmürlər.

Ermənistanda parlament seçkiləri 7 iyun 2026-cı ildə keçiriləcək. Təşviqat dövrü 5 iyuna qədər davam edəcək.

Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak üçün 19 siyasi qüvvəni qeydiyyata alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
modern.az

1Mənbələr