AZ

İPL: Mövsümün ən yaxşı futbolçusu adına namizədlər açıqlandı

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

İngiltərə Premyer Liqasında 2025/2026 mövsümünün ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Fanat.Az sözügedən çempionatın rəsmi "X" hesabına istinadən xəbər verir ki, bu ada aşağıdakı 8 futbolçudan biri layiq görüləcək:

Brunu Fernandeş ("Mançester Yunayted"), Qabriel Maqalyans ("Arsenal"), Morqan Gibbs-Uayt ("Nottingem Forest"), Erlinq Holand ("Mançester Siti"), David Rayya ("Arsenal"), Deklan Rays ("Arsenal"), Antuan Semenyo ("Mançester Siti"), İqor Tyaqo ("Brentford").

Premyer Liqanın turnir cədvəlinə 36 oyuna 79 xal toplayan "Arsenal" başçılıq edir. İkinci pillədə "Mançester Siti" (77), üçüncü sırada isə "Mançester Yunayted" (65) mövqe tutub.

Nihat

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
fanat.az

1Mənbələr