Müğənni Xatirə İslam son zamanlar təkcə mahnıları ilə deyil, həm də fərqli səhnə tərzi ilə diqqət çəkir.
Müğənni ağ rəngli "oversize" köynəyi qara korset kəmərlə tamamlayaraq obrazına modern və iddialı toxunuş qatıb. Qara şalvar, fərqli dizayna malik çəkmələr və aksesuar seçimi isə onun səhnə stilini daha da ön plana çıxarıb.
Sənətçinin yenilənən imici və səhnə performansı izləyicilər tərəfindən maraqla qarşılanıb. Sosial şəbəkələrdə paylaşılan görüntülərə çoxsaylı rəylər yazılıb./milli.az/