AZ

Mərkəzi Bank "E-Kredit" MMC-nin lisenziyasını LƏĞV ETDİ

Azərbaycan Mərkəzi Bankı (AMB) "E-Kredit" MMC bank olmayan kredit təşkilatının (BOKT) lisenziyasını ləğv edib.

Bizim.Media xəbər verir ki, bu barədə AMB məlumat verilib.

Məlumata görə, qurum mövcud qanunvericilik, eləcə də "2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası"nda müəyyən edilmiş strateji hədəflər çərçivəsində bank olmayan kredit təşkilatlarına nəzarətlə bağlı zəruri tədbirlərini davam etdirir.

 

"Bank olmayan kredit təşkilatları haqqında" qanunun 25.1.1-ci maddəsinə müvafiq olaraq, "E-Kredit"in təqdim etdiyi ərizədən irəli gələrək AMB-nin İdarə Heyətinin 13 may 2026-cı il tarixli qərarı ilə BOKT-a verilmiş 24 iyul 2024-cü il tarixli lisenziya təşkilatın könüllü müraciəti əsasında ləğv olunub.


Qanunun 25.4-cü maddəsinə əsasən, BOKT, lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən olunmuş qaydada ləğv edilir.

Bizim.Media

Seçilən
2
17
bizim.media

10Mənbələr