AZ

Mərkəzi Bank E Kredit MMC nin lisenziyasını LƏĞV ETDİ

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Mərkəzi Bankı (AMB) "E-Kredit" MMC bank olmayan kredit təşkilatının (BOKT) lisenziyasını ləğv edib.Bizim.Media xəbər verir ki, bu barədə AMB məlumat verilib.Məlumata görə, qurum mövcud qanunvericilik, eləcə də "2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası"nda müəyyən edilmiş strateji hədəflər çərçivəsində bank olmayan kredit təşkilatlarına nəzarətlə bağlı zəruri tədbirlərini davam etdirir.

"Bank olmayan kredit təşkilatları haqqında" qanunun 25.1.1-ci maddəsinə müvafiq olaraq, "E-Kredit"in təqdim etdiyi ərizədən irəli gələrək AMB-nin İdarə Heyətinin 13 may 2026-cı il tarixli qərarı ilə BOKT-a verilmiş 24 iyul 2024-cü il tarixli lisenziya təşkilatın könüllü müraciəti əsasında ləğv olunub.

Qanunun 25.4-cü maddəsinə əsasən, BOKT, lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən olunmuş qaydada ləğv edilir.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
17
bizim.media

10Mənbələr