AZ

Somali tarixinin ən ağır quraqlığı ilə üz-üzədir

Somalidə 2026-cı ildə ölkə tarixinin ən ağır quraqlığının yaşanacağı proqnozlaşdırılır.

Redaktor.az xəbər verir ki, bu barədə “Independent” qəzeti məlumat yayıb.

Mütəxəssislərin fikrincə, qarşıdakı il Somali üçün rekord səviyyədə ən ağır quraqlıq dövrü ola bilər. Yetmiş yaşlı Abdi Əhməd Fərəh bildirib ki, quraqlıq səbəbindən 680 keçisindən yalnız 110-u sağ qalıb.

Onun sözlərinə görə, ailəsi gündə cəmi bir dəfə şəkər və yağ əlavə edilmiş düyü yeyir, üç həftəlik körpəsi isə yalnız ara-sıra ana südü ilə qidalanır.

Məlumata görə, 700 ailənin yaşadığı Usgure kəndində mağazalar bağlanıb, bir kisə unun qiyməti isə üçdə bir bahalaşaraq 40 dollara çatıb.

UNICEF-in proqnozuna əsasən, təxminən yarım milyon uşaq kəskin qidalanma çatışmazlığı ilə üzləşə bilər. Bu göstəricinin 2011 və 2022-ci illərdəki quraqlıq dövrlərindən daha ağır olacağı bildirilir.

Qeyd olunub ki, Somalidəki xəstəxanalarda terapevtik süd tükənib və tibb işçiləri alternativ olaraq inək südündən istifadə etməyə başlayıblar. Mediada çəkisi cəmi 7,5 kiloqram olan dörd yaşlı Fərhiya adlı qız uşağının vəziyyəti xüsusi vurğulanıb. Bildirilir ki, qidalanma çatışmazlığı səbəbindən onun gözləri batıb və sümükləri dərisinin altından görünür.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
5
1
redaktor.az

2Mənbələr