AZ

ABŞ İrana qarşı blokada əməliyyatlarının detallarını AÇIQLADI

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Mərkəzi Komandanlığı İran ətrafında tətbiq edilən blokada çərçivəsində həyata keçirilən əməliyyatlarla bağlı yeni məlumat yayıb.

Redaktor.az xəbər verir ki, açıqlamada bildirilib ki, ABŞ-nin İrana qarşı blokadası aprelin 13-dən qüvvəyə mindikdən sonra ABŞ qüvvələri 70 ticarət gəmisini istiqamətləndirib, dörd gəmini isə sıradan çıxarıb.

Məlumata görə, əməliyyatlar zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Truxtun (DDG 103) gəmisində yerləşən "Sea Hawk" helikopteri də istifadə olunub. Helikopter Ərəbistan dənizində hərəkət edən gəminin uçuş göyərtəsinə eniş edib və blokada əməliyyatlarına dəstək verib.

ABŞ tərəfi əməliyyatların bölgədə təhlükəsizliyin təmin olunması məqsədi daşıdığını bildirib.

Aminə ŞAHSUVARQIZI

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
1
redaktor.az

2Mənbələr