Norveçdə turist təsadüfən 1500 illik qızıl artefakt tapıb.
Publika.az xəbər verir ki, bu barədə yerli “Valeurs Actuelles” portalı məlumat yayıb.
Bildirilib ki, tapıntı Sandnes şəhəri yaxınlığındakı Austrott bölgəsində aşkar edilib. Turist kökündən çıxmış ağacın altında parıldayan əşya görərək onu götürdüyünü bildirib.
Məlum olub ki, artefakt qədim döyüşçüyə aid qızıl qılınc qınıdır. Tapıntı Stavanger Universitetinin Arxeologiya Muzeyinə təhvil verilib.