AZ

Hava ilə bağlı növbəti xəbərdarlıq - Dolu düşəcək, yağış yağacaq

17:54 14.05.2026
17:54 14.05.2026

Mayın 15-i gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 18-i axşamadək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bu barədə Mynews.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.


Seçilən
26
39
mynews.az

10Mənbələr