AZ

Pekində tarixi görüş

Pekin qlobal siyasi arenada mühüm bir görüşə evsahibliyi edib. ABŞ Prezidenti Donald Tramp Çinə səfəri çərçivəsində bu ölkənin Sədri Si Cinpin ilə bir araya gəlib.

Anadolu Agentliyinin məlumatına görə, Si Cinpin görüşün açılışında qeyd edib ki, dünya hazırda tarixi bir yol ayrıcındadır və hər iki dövlət zamanın çağırışlarına birlikdə cavab verməlidir. O, Çin və ABŞ-nin tərəfdaş olmasının vacibliyini vurğulayaraq, 2026-cı ili ikitərəfli əlaqələrdə “tarixi dönüş nöqtəsi” adlandırıb.

Çin lideri iqtisadi münasibətlərdə qarşılıqlı faydanın əsas olduğunu bildirib: “Ticarət müharibələrində qalib tərəf yoxdur. Problemlərin həlli üçün yeganə yol bərabərhüquqlu məsləhətləşmələrdir”.

Prezident Donald Tramp bu görüşün bəlkə də tarixin ən böyük sammiti olacağını qeyd edərək, ABŞ-Çin münasibətlərinin gələcəyinə nikbin baxdığını deyib. O, iki ölkənin böyük çətinliklərin öhdəsindən gəlmək gücündə olduğunu vurğulayıb.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
32
azerbaijan-news.az

1Mənbələr