Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti 13-14 may tarixlərində Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində keçirilən ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir.
Publika.az xəbər verir ki, sessiyada çıxış edən Adil Kərimli əvvəlcə yenidən ICESCO-nun baş direktoru vəzifəsinə seçilən Salim bin Məhəmməd əl-Malikə ölkəmiz adından təbriklərini çatdırıb, fəaliyyətində uğurlar arzulayıb.
Bildirib ki, Prezident İlham Əliyev Azərbaycan-ICESCO əməkdaşlığını yüksək qiymətləndirir və təşkilatla əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verir.
Azərbaycanın Şuşa şəhərinin 2024-cü il üçün "İslam Dünyasının Mədəniyyət Paytaxtı" elan olunması, Ağdamın "İmarət" Kompleksi və Şuşa Şəhər Dövlət Qoruğunun ötən il ICESCO-nun İslam Dünyasının İrs Siyahısına daxil edilməsi, həmçinin işğaldan azad olunmuş ərazilərimizə
ICESCO tərəfindən həyata keçirilən beynəlxalq texniki missiyalar sıx əməkdaşlığın bariz nümunəsidir.