AZ

17,3 milyon dollara satılan nadir mavi yaşıl almaz FOTO

Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dünyanın ən nadir qiymətli daşlarından biri olan və indiyə qədər satılan ən böyük parlaq mavi-yaşıl almaz hesab edilən 5,5 karatlıq üçbucaqlı kəsikli «Ocean Dream» (Okean xəyalı) almazı Cenevrədə keçirilən “Christie's” hərracında satılıb.

Ölkə.az xəbərverir ki, qiymətli daş 13,5 milyon İsveçrə frankına (təxminən 17,3 milyon dollar) satılıb. Bu da ilkin 7-10 milyon frank (9-13 milyon dollar) qiymətindən xeyli çoxdur.

“Christie's” nümayəndələri satışın rekord səviyyədə olduğunu və bunun səbəbini almazın müstəsna nadirliyi ilə izah ediblər.

Hərrac evinin məlumatına görə, "Okean Xxyalı" 1990-cı illərdə Mərkəzi Afrikada kəşf edilib və əvvəllər beynəlxalq diqqəti cəlb edib. 2003-cü ildə o, nadir rəngli brilyantların Smitsonian Splendour of Brilyants sərgisində nümayiş etdirilib və 2014-cü ildə “Christie's” hərracında təxminən 8,5 milyon dollara satılıb.

“Christie's” alıcının adı açıqlanmayıb. Daş üçün hərrac təxminən 20 dəqiqə davam edib və mütəxəssislərin fikrincə, bu, alıcıların yüksək marağının göstəricisidir.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
1
olke.az

2Mənbələr