AZ

Alleqri “Milan”dan ayrıla bilər – Milliyə keçir

Massimiliano Alleqrinin mövsümün sonunda “Milan”dan ayrılacağı iddia olunur.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssisin klub rəhbərliyi və Zlatan İbrahimoviçlə münasibətlərində problem yaranıb.

Bildirilir ki, Alleqri İtaliya millisinin baş məşqçi postuna əsas namizədlərdən biridir və federasiya yaxın vaxtlarda onunla danışıqlara başlaya bilər.

Qeyd edək ki, “Milan” hazırda A Seriyasında 67 xalla 4-cü pillədə qərarlaşıb.

Seçilən
93
idmanxeber.az

1Mənbələr