
ABŞ Sərhəd Patrul Xidmətinin rəhbəri Maykl Benks istefa verib. Bu barədə Fox News telekanalı məlumat yayıb.
Məlumata görə, ABŞ prezidenti Donald Trump 2025-ci ildə vəzifəyə qayıtdıqdan sonra qeyri-qanuni miqrantlara qarşı tədbirləri sərtləşdirib. Onun administrasiyası qeyri-leqal miqrantların kütləvi saxlanılmasını gücləndirib və sərhədin qanunsuz keçilməsinin qarşısını almaq üçün əlavə addımlar atıb.
Bundan başqa, Tramp administrasiyası yüz minlərlə miqrantın hüquqi statusunu da ləğv edib. ABŞ-də miqrasiya siyasətinin sərtləşdirilməsi ölkə daxilində və beynəlxalq arenada geniş müzakirələrə səbəb olur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta