ABŞ Prezidenti Donald Tramp Çinin təyyarə alışı ilə bağlı planlarını açıqlayıb.
Redaktor.az bu haqda xarici mediaya istinadla məlumat verir.
Onun sözlərinə görə, Pekin ABŞ-dən 200 ədəd "Boeing" təyyarəsi sifariş edəcək. Si Cinpin amerikalı liderlə görüşün yekununda buna razılıq verib.
"Bu gün o, bir məsələdə razılığa gəldi: o, 200 ədəd 'Boeing' təyyarəsi, 200 böyük təyyarə sifariş edəcək", — deyə Ağ Ev rəhbəri bildirib.
Bundan əvvəl ABŞ prezidenti Çin sədri ilə danışıqların əla keçdiyini bəyan etmişdi. Tramp həmçinin Çini inanılmaz və gözəl yer adlandırıb.
Xədicə BAXIŞLI