Vaşinqton və Təl-Əvivin İranın enerji infrastrukturuna mümkün hücum variantlarını müzakirə etdiyi bildirilir...
Poliqon xəbər verir ki, Al Hadath telekanalının yaydığı məlumata görə, Donald Tramp Çin səfərindən qayıtdıqdan dərhal sonra Iran ərazisinə yeni hərbi zərbələr endirilməsi barədə göstəriş verə bilər.
Məlumata əsasən, ABŞ administrasiyası bu ehtimal barədə Israil tərəfini əvvəlcədən məlumatlandırıb. Bildirilir ki, Təl-Əvivdə mümkün hərbi əməliyyatların bərpası və İranın cavab addımları ehtimalı nəzərə alınaraq hazırlıq tədbirləri gücləndirilib.
Mənbələrin məlumatına görə, son günlər ərzində Israel Defense Forces nümayəndələri ilə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı arasında İranın yanacaq və enerji infrastrukturuna mümkün zərbə ssenariləri müzakirə olunub. Danışıqlarda əsas diqqətin neft emalı obyektləri, yanacaq anbarları və enerji təminatı sistemlərinə yönəldiyi bildirilir.
Qeyd olunur ki, Vaşinqtonun əsas məqsədi Iran üzərində təzyiqi artırmaq və Tehranın nüvə proqramı ilə bağlı danışıqlara ABŞ üçün daha sərfəli şərtlərlə qayıtmasına nail olmaqdır. Analitiklərin fikrincə, enerji sektorunun hədəfə alınması İran iqtisadiyyatına ciddi təsir göstərə biləcək addım hesab olunur.
Müşahidəçilər bildirirlər ki, regionda onsuz da yüksək olan gərginlik belə bir ssenari reallaşacağı təqdirdə daha da arta bilər. Xüsusilə Iran ilə Israil arasında qarşılıqlı hərbi ritorikanın sərtləşməsi genişmiqyaslı qarşıdurma riskini yüksəldir.
Poliqon.info