AZ

Hindistanda güclü fırtına bir kişini havaya sovrub, 50 metr yüksəkliyə qalxan şəxs sağ qalıb

Uttar-Pradeş ştatında baş verən şiddətli fırtına toydan görüntüləri ilə sosial şəbəkələrdə geniş yayılıb...

Poliqon xəbər verir ki, Hindistanın Uttar-Pradeş ştatında çərşənbə günü baş verən güclü fırtına bölgədə ciddi dağıntılara və panikaya səbəb olub. Hadisə ilə bağlı məlumat “Indian Express” nəşrinə istinadən yayılıb.

Fırtına zamanı Barelli rayonunda qeydə alınan və sosial şəbəkələrdə sürətlə yayılan videogörüntülərdə güclü küləyin toy mərasimi üçün qurulan metal örtüyü və konstruksiyaları dağıtdığı, bir kişinin isə bu qurğulardan tutaraq özünü saxlamağa çalışdığı görünür.

Məlumata görə, həmin şəxs toy zalının yaxınlığında olarkən qəfil başlayan güclü külək səbəbindən metal örtüyün uçmasının qarşısını almağa çalışıb. O, konstruksiyanın dəmir dirəklərindən birindən yapışsa da, fırtınanın gücü nəticəsində bütün qurğu yerindən qopub.

Şahidlərin bildirdiyinə görə, güclü külək nəticəsində kişi təxminən 50 metr hündürlüyə qalxaraq havada sürüklənib və daha sonra yaxınlıqdakı sahəyə düşüb. Hadisə anının görüntülərində onun küləyin təsiri ilə havada çarəsiz şəkildə asılı qaldığı əks olunur.

Bölgə sakinlərinin sözlərinə görə, fırtına qısa müddətdə baş versə də, ciddi maddi ziyan vurub və bir sıra tikililər dağılıb. Hadisə sosial mediada geniş rezonans doğurub.

Poliqon.info

Seçilən
62
poliqon.info

1Mənbələr